Menu

İraqda 38 terrorçu məhv edilib

04.03.2015, 19:46
İraqda 38 terrorçu məhv edilib

İraq ordusu beynəlxalq koalisiya qüvvələri ilə birgə ölkənin qərb hissəsində əməliyyat keçirib. APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, əməliyyat çərçivəsində İŞİD-in 38 döyüşçüsü məhv edilib.

Fəllucə şəhərində 13, əl-Bağdadi şəhərində isə 25 terrorçu öldürülüb. Onların arasında İŞİD-in Fəllucədəki komandiri Naim əl-Şaha da olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol