Menu

ABŞ və AB Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır

04.03.2015, 22:45
ABŞ və AB Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır

ABŞ və Avropa Birliyi Rusiyaya qarşı yeni sanksiyaların müzakirəsində sıx əməkdaşlıq edir. Moskva Şərgi Avropada hərbi iştirakını artırsa, Qərb dövlətləri bu sanksiyalara əl atmalı olacaq. Sanksiyalar Rusiya iqtisadiyyatının maliyyə, sənaye və hərbi sahələrinə aid ediləcək.

Bunu çərşənbə günü Konqresdəki «Ukrayna mühasirədə» adlı dinləmə zamanı dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Viktoriya Nuland deyib.

Nuland bildirib ki, Rusyiapərəst separatçılar Minsk razılaşmasına tam əməl etsə, Moskvaya qarşı sanksiyalar aradan qaldırıla bilər. Lakin separatçılar razılaşmaları pozmaqdadır. (azadlıq.info)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol