“BƏLİ, MƏNİM BAĞ EVİM DƏ VAR…” – Mətbuat Şurasının sədri

Dərc olunub: 23/01/2018 - 23:09

2015-06-11-13-40-23eflatun-amasov-tekk-yenn1493715093“Bəli, mənim bağ evim də var. Burada qeyri-adi nəsə yoxdur. Hər bir insan özünə ev tikməyi bacarmalıdır. Bunu tez bir zamanda bacaranları görmüşəm. Bilmirəm, bu işi mənim kimi 15 ilə görən var, ya yox, amma inşallah işlər tam yekunlaşdıqdan sonra orada yaşamağı düşünürəm”.

“AzPolitika”nın məlumatına görə, bunları Azərbaycan Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov “afn.az” saytına müsahibəsində bu yaxınlarda sosial şəbəkələrdə və bəzi saytlarda ona məxsus olduğu bildirilən villanın fotolarının yayılmasilə bağlı sualı cavablandırarkən bildirib.

MŞ sədri hazırda Prezident İlham Əliyevin bağışladığı evdə yaşadığını deyib: “Hesab edirəm ki, hər insan ömrü boyu övlad böyütməlidi, ağac əkməlidi və özü üçün ev tikməlidir. Bundan əvvəlki mənzilim ulu öndər vaxtında verilmişdi. İndi yaşadığım mənzili mənə cənab Prezident bağışlayıb”.

V.Nəsibov


loading...




Fikrinizi bildirin