"HEÇ HARA GETMƏK FİKRİM YOXDUR..." - Ziya Məmmədovdan yeni açıqlama

“Mətbuatda mənim haqqımda yazılan məlumatlar kökündən yanlışdır. Mən bu məsələlərlə heç maraqlanmıram da”. Azxeber.com xəbər verir ki, bu sözləri sabiq nəqliyyat naziri Ziya Məmmədov söyləyib.

Onun sözlərinə görə, onun haqqında dəfələrlə saxta xəbərlər yayılsa da, indiyə qədər heç birinə əhəmiyyət verməyib: “Çünki yalan yazırlar, böhtan atırlar. Ciddi media qurumları bu işlə məşğul olmamalıdır. Niyə bunu yazırlar, onu onların özündən soruşmaq lazımdır. Bunu məndən niyə soruşursuz, onlardan soruşun ki, niyə böhtan yazırlar?”

“Hazırda nə işlə məşğul olursuz və ölkədən getmək fikriniz var mı? sualına isə keçmiş nazir belə cavab verib: “İndi istirahət edirəm və heç hara getmək fikrim yoxdur”.

Xatırladaq ki, son günlər dövrü mətbuatda sabiq Nəqliyyat naziri Ziya Məmmədovun milyardlarının müsadirə olunacağı ilə bağlı məlumatlar yayılıb. Həmin informasiyalarda iddia olunur ki, bundan narahat olan keçmiş nazir ölkəni tərk etməyə hazırlaşır.

635x100

Şərhlər

Vətən OĞLU 2018-10-11 19:24:57

30 il qarantiyası olan yol 3-4 ildən sonra dağılıb yararsız olub və təmir olunur-buda böhtandı?

Veteran 2018-10-11 19:24:57

Buraxsaydilar gederdin

a nar 2018-10-11 19:24:57

ogulsan vallah duz edirsen hec hara getme...qal vetende Telli demisken bele senin acixna

Son yazılar