BDU-nun GİRİŞ-ÇIXIŞI BAĞLANDI - Abel Məhərrəmov həbs olunur?

Dərc olunub: 18/11/2018 - 19:25

253bc95db04c2599234bb8aa30cc674bAbel Məhərrəmovun işdən çıxarılmasından sonra Bakı Dövlət Universitetində total yoxlamalar başlayıb.Yenicag.az xəbər verir ki, ötən gündən etibarən ali təhsil ocağına giriş-çıxış bağlanılıb, hər tərəf möhürlənib.
Yoxlamaları bir neçə qurumun ortaq apardığı bildirilir.

Yoxlamaya gələn şəxslər işdən çıxarılan rektor Abel Məhərrəmovun 19 illik fəaliyyətini təftiş edirlər. Giriş-çıxışa məhdudiyyət qoyulmasının səbəbi isə binadan hər hansı bir sənədin çıxarılma ehtimalının qarşısını almaqdan ibarətdir.

Yoxlamalar nəticəsində ciddi həbslərin olacağı gözlənilir.








loading...


Fikrinizi bildirin