ERMƏNİLƏRİN SAXTA TARİXİNİN İFŞASI – Video

Dərc olunub: 06/04/2019 - 08:30

yerevan-2Ermənilərin özləri barəsində pafoslu danışmaları və ən qədim tarixə malik xalq olmaları ilə bağlı söylədikləri cəfəngiyyatlar həmişə istehza doğurur. Ermənilər onlar üçün yaradılmış əfsanələrə o qədər uyublar ki, psixoterapevtik nöqteyi-nəzərdən yanaşılsa, demək olar ki, paronoylaşıblar.

Tarix sübut edib ki, qatı millətçilik heç kimə xeyir gətirməyib, ancaq ermənilərin xəstəliyi qatı millətçiliyi də aşır və onların həyata baxışları və milli ideoloji platformaları əsrlərlə firəvan yaşadığı Osmanlıya qarşı kin və nifrət üzərində qurulub. Belə yanaşmayla ermənilər qətiyyən uzağa gedə bilməzlər. Bunu ermənilərin də içərisində bilənlər var. Ancaq onların sayı çox azdır və həm də bu azlıq çox vaxt susmağa üstünlük verir. Hal-hazırda çox maraqlı və fenomenal istisna üzə çıxıb. Bu şəxs mənşəcə erməni olan Filip Eqozyansdır.

Filip Eqozyans Xarkov şəhərində yaşayır. ”You Tube” kanalında maraqlı videolar paylaşır. Ermənilərin tarixi barəsində həqiqətləri təkzibedilməz faktlar və arqumentlərlə ortaya qoyur. F.Eqozyans öz videolarında bildirir ki, erməniləri planlı şəkildə rasional düşüncədən ayırıblar və onlar üçün əfsanələşdirilmiş tarix yazıblar. Nəticədə, ermənilər özlərinin də anlamadıqları psixoloji-tarixi tələnin içərisinə düşüblər. Aşağıda təqdim etdiyimiz videomaterial Yerevan şəhərinin Romadan qədim olması və əsasının hələ Urartu çarlığı dövründən qoyulması əfsanəsi barəsindədir.

F.Eqozyans Yerevan şəhərinin qədimliyinin sübutunu puç edir. Burada söhbət Erebuni və Teyşebaini qalalarından gedir.

Onu da deyək ki, Erebuni qədim dövrdə qala olub və Arin-Berd adlandırılan təpənin üzərində salınıb. Belə hesab edilir ki, həmin qalanın əsası bizim eradan 782 il əvvəl Urartu çarı I Argişti tərəfindən qoyulub. Yerevanın adını Erebuniyə uyğunlaşdırblar, əlbəttə, istəsələr hər şey edərlər. Həmin bu Erebuninin xarabalıqlarında aparılan arxeoloji işlər zamanı burda üzərində mixi yazıları həkk edilmiş iki bazalt daş lövhə tapılıb.

Digər qədim yaşayış məskəni isə Yerevan yaxınlığındakı Karmir-Bulur təpəsində tapılmış Urartu qala-şəhəri olan Teyşebainidir.

Bu məskənlər 20-ci əsrdə aşkarlanmış məntəqələrdir və bunların nə ermənilərə, nə də indiki Yerevan şəhərinə heç bir aydyyatı olmasa da, arxeoloqlar onlara verilmiş təlimata əsasən uydurulmuş tarixi gerçəklik yaradıblar. Və ermənilərə deyiblər ki, baxın, sizin Yerevan şəhəri Romadan daha qədimdir. Onlar isə daha da sərsəmləşərək, 1968-ci ildə Yerevan şəhərinin 2750 illiyini, 2018-ci ildə isə 2800 illiyini təntənə ilə qeyd ediblər. Sadəcə olaraq belə deyə bilərik: Yalan üzərində qurulmuş möhtəşəm tarix!

F.Eqozyansın fikrinə görə, erməni xalqı yaradılmış əfsanələrin köləsinə çevrilib.








loading...


Fikrinizi bildirin