Əmanətlərdə manatdan imtina olunur: 206 milyonluq azalma

Mərkəzi Bank fiziki şəxslərin əmanətlərinin strukturu üzrə ən son rəqəmləri açıqlayıb. “Marja” xəbər verir ki, 01 Fevral 2015-ci il tarixinə banklarda əhalinin 7 milyard 121,3 milyon manat əmanəti olub. Bu məbləğin 4 milyard 276,3 milyon manatı milli valyuta ilə, 2 milyard 845 milyon manatı xarici valyuta ilə (dollarda) yerləşdirilib.

Əhalinin banklardakı əmanətləri Yanvar ayında 67,1 milyon manat və ya 0,9% azalıb.

BİR AYDA XARİCİ VALYUTADAKI ƏMANƏTLƏR 100,7 MİLYON DOLLAR ARTIB

Diqqəti çəkən tendensiya xarici valyutada olan əmanətlərin artmasıdır. Xarici valutada olan əmanətlər Yanvar ayında 79 milyon manat (köhnə məzənnə ilə 100,7 milyon dollar) artıb. Son 4 ayda isə xarici valutada olan əmanətlər 307 milyon manat (köhnə məzənnə ilə 391,4 milyon dollar) artaraq 2 milyard 538,6 milyon manatdan 2 milyard 845 milyon manata yüksəlmişdir.

MANATDAKI ƏMANƏTLƏR 146,1 MİLYON MANAT AZALIB

Cari ilin yanvar ayında milli valyutada olan əmanətlər 146,1 milyon manat azlıb. Bu azalmanın 67,1 milyon manatını geri götürülən əmanətlər, 79 milyon manatını isə xarici valyutaya çevrilən əmanətlər təşkil edib.

Son 2 ayda isə (Dekabr 2015 və Yanvar 2015) milli valyutada olan əmanətlər 205,8 milyon manat azalıb.

ƏN ÇOX XARİCİLƏR ÇIXARDIB

Fevral ayının 1-nə olan məlumata görə, banklardakı əmanətlərin 6 milyard 463,6 milyon manatı rezidentlərə, 657,7 milyon manatı qeyri-rezidentlərə (xarici vətəndaşlara) məxsus olub. Yanvar ayında rezidentlərin banklardakı əmanətləri cəmi 8,9 milyon manat azaldığı halda, qeyri-rezidentlərin əmanətləri 58,2 milyon manat azalıb.

Xaricilər əmanətlərin 120,4 milyon manatını milli valyutada, 537,4 milyon manatını isə xarici valyutada banklara yatırıblar. Xaricilərin banklarda, 2014-cü ilin Yanvar ayında 619 milyon manat, Dekabrında isə 587,2 milyon manat xarici valyutada əmanəti vardı.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı devalvasiyanı Fevralın 21-də həyata keçirib. Fevral ayında dollara çevrilən əmanətlərin daha da artmış şəkildə açıqlanacağı gözlənilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar