Menu

Büdcə yenə neftin qiymətindən asılı olacaq

12.12.2013, 14:32
Büdcə yenə neftin qiymətindən asılı olacaq

<p> Milli Büdcə Qrupunun 2014-cü ilin dövlət büdcəsi barədə rəyi açıqlanıb (gəlirlər hissəsi 18 mlrd 384 mln manat və ya builkindən 775 mln az, xərclər 20 mlrd 063 mln manat və ya 213 mln manat çox).

Ekspertlərin fikrincə, büdcə hazırlayanların əsas məqsədi qeyri-neft sektorunun artımı və vergi yığımının gücləndirilməsidir. Regionların öz xərcini ödəməsi də hədəflərdəndir. Büdcənin 50,8%-i ARDNF-dən transfertlər, 38,6% vergi xidmətinin, 8,2% Gömrük Komitəsinin payı olaacq.

Vergilər Nazirliyi vəsaitlərin 39,5%-i ARDNŞ və neft və qazın pay bölgüsü üzrə sazişlərdən götürəcək. Gömrükçülər də mədaxilin çoxunu karbohidrogenlərin ixracı hesabına təmin edəcək və bu, neftin qiymətindən asılı olacaq (mədaxilin 68,4%-i, bu il 73,09% olub).

ÜDM-də büdcə mədaxilinin xüsusi çəkisi azalır – 2012-ci ildə 32%, bu il 35%, gələn il 31,4%.

Hökumət bildirir ki, qeyri-neft gəlirlərinin artımı davamlıdır – ötən il onların payı ÜDM-də 8,6, bu il 9,4 olub, gələn il 10,7% təşkil edəcək. Amma Milli Büdcə Qrupu hökumətin rəyi ilə razılşamır.

Hesablamalara görə, 2014-cü ildə adambaşına gəlirlər 1975 manat (2515 dollar), qeyri-neft gəlirləri 625 manat (800 dollar) olacaq. Müqayisə üçün deyək ki, RF-də adambaşına gəlirlər 2900 dollar, Qazaxıstanda 2100 dollardır. Karbohidrogen ehtiyatı olmayan postsosialist ölkələrdə başqa mənzərə var – Sloveniyada bu göstərici 10 min 597 dollar, Macarsıtanda 7474 dollar, Slovakiyada 6018 dollar, Xorvatiyada 5679 dollar, Çexiyada 4900 dollardır və s və s.

Büdcənin doldurulmasında ARDNŞ daha aktiv olacaq. Onun birləşmiş vergiləri və başqa ayırmaları 22,5% və ya 335 mln artaraq 1 milyard 825 milyon manat olacaq. PSA sazişlərlə neft və qaz hasil edən şirkətlərdən mənfəət vergisi 977 milyon manat olacaq. Bu, cari ilin proqnozundan 173 milyon azdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol