Menu

İraq ordusu Tikrit şəhərinə yaxınlaşır

07.03.2015, 08:55
İraq ordusu Tikrit şəhərinə yaxınlaşır

İraq hökumət qoşunları “İŞİD” terrorçu qruplaşmasının nəzarəti altında olan Tikrit şəhərinə yaxınlaşır. APA-nın BBC-yə istinadən məlumatına görə, artıq İraq hərbçiləri Tikritdən 10 km cənubda yerləşən əl-Dur şəhərinə daxil olublar.

Qeyd olunur ki, yollar boyunca “İŞİD”in qara bayraqlarını İraq bayraqları əvəz edir. Küçələrdə dinc sakinlər gözə dəymir, hərbçilər silahlıları təqib etməkdə davam edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol