Menu

"NEMTSOVUN QATİLLƏRİ YAXALANDI" - FTX rəhbəri- VIDEO

07.03.2015, 23:23
"NEMTSOVUN QATİLLƏRİ YAXALANDI" - FTX rəhbəri- VIDEO

Rusiya FTX-nin rəhbəri: “Prezident Vladimir Putin bu barədə məlumatlandırılıb”

Boris Nemtsovun qətli ilə bağlı daha iki nəfər şübhəli şəxs qismində saxlanılıb.İnquşetiya Təhlükəsizlik Şurasının katibi vəzifəsini icra edən Albert Baraxoyevin sözlərinə görə, Anzor Qubaşev və Zaur Dadayevdən başqa iki nəfər də şübhəli şəxs qismidə saxlanılıb.

Baraxoyevin dediyinə görə, saxlanılan şəxslərdən biri böyük ehtimalla Nemtsovun qətli zamanı Dadayev ilə birlikdə maşında idi. Baraxoyev həmçinin Anzor Qubaşevin kiçik qardaşının saxlanılması faktını təsdiq edib. Verilən məlumata görə, Qubaşevin qardaşı son zamanlar KamAZ sürücüsü işləyirdi.

Saxlanılanların adları açıqlanmayıb.

-------

Rusiyanın tanınmış müxalif siyasətçisi Boris Nemtsovun qətlində şübhəli bilinən iki nəfər saxlanılıb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) rəhbəri Aleksandr Bortnikov bildirib.

Onun sözlərinə görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Boris Nemtsovun qətlində şübhəli bilinən Zaur Dadayev və Anzor Qubaşev saxlanılıb. FTX rəhbəri bu barədə artıq prezident Vladimir Putinə məruzə olunduğunu söyləyib: "Cinayət işi üzrə araşdırmalar davam etdirilir".

Qeyd edək ki, fevralın 27-də gecə saat 23:40 radələrində Rusiyanın tanınmış müxalifətçisi Boris Nemtsov Moskvanın mərkəzində naməlum şəxslər tərəfindən qətlə yetirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol