Türkiyənin Bursa rayonunda 400 polisin iştirakı ilə irimiqyaslı əməliyyat təşkil edilib. Müsavat.com-un məlumatına görə, “Əmin-amanlıq 16” adı verilən əməliyyatda haqqında saxlanılma qərarı olan 7 şübhəli bölməyə gətirilib.
Əməliyyatda həmçinin 8 tapança, 1 ov tüfəngi, 1 bıçaq, narkotik maddə və evdə hazırlanmış 102 litr spirtli içki ələ keçirilib. Əməliyyat şəhərin mərkəzində yerləşən park, bağça, kafe, bar, kazinolarda aparılıb.


Şərhlər