Menu

"TurAz Şahini 2015" təlimindən FOTOLAR

07.03.2015, 14:31
"TurAz Şahini 2015" təlimindən FOTOLAR

Türkiyə və Azərbaycan Hərbi Hava Qüvvələrinin birgə təlimləri davam edir.

Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, ötən gün simvolik olaraq şəxsi heyətin iştirakı ilə qurban kəsilməsi mərasimi keçirilib.

Mərasimdə Türkiyə HHQ-nin aviabaza komandiri çıxış edərək, təlim iştirakçılarına uğurlar diləyib.

MiQ-29, Su-25, Mi-17 tipli təyyarə və helikopterlərin pilotları ilə keçirilən dərslərə əsasən uçuşların hazırlığına davam etdirilib.

Heyətlər uçuş xəritələrində aerodrom və təlim rayonunun ərazisini öyrənərək çalışma tapşırıqlarını yerinə yetirib, təhlükəsizlik qaydaları və hündürlük hesabatlarını aparıblar.

[gallery columns="4" ids="100506,100507,100508,100509"]

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol