ABŞ prezidenti Barak Obama və ailəsinə ev sahibliyi edən Ağ Evdə böyük bir partlayış səsi eşidilib. Bu barədə dünyanın ən böyük media qurumları xəbər yayıblar.
Bildirilir ki, Ağ Evdə təhlükəsizlik həyəcanı verilmiş vəziyyətdədir. Həyəcanın səbəbi Ağ Evin arxa bağçasından böyük bir gurultunun gəlməsidir.
Şiddətli gurultu səsi Obamanın ailəsinin vertolyotla Ağ Evdən ayrılmaq üzrə olduğu vaxt gəlib.
Gələn ilk məlumatlara görə, səs-küydən dərhal sonra gizli xidmət agentləri, jurnalistləri brifinq otağına doldurub və qapını kilidləyib.
Bir müddət sonra məlum olub ki, Ağ Evin yaxınlığında səyyarəi kafe partlayıb və yanıb. Alov tezliklə söndürülüb.
Bununla belə, federal təhlükəsizlik xidməti kinoloqların köməyi ilə Ağ Evin dörd bir yanını diqqətli bir şəkildə yoxlayıblar. Onların diqqətini şübhəli bir maşın çəkib və təhlükəsizlik əməkdaşları bu maşını partladıcı maddələri aramağa öyrədilmiş itlərin vasitəsilə incələyiblər.


Şərhlər