Menu

AZƏRBAYCANDA DOLLAR YENƏ BAHALAŞDI - Real məzənnə

09.03.2015, 18:40
AZƏRBAYCANDA DOLLAR YENƏ BAHALAŞDI - Real məzənnə

Bahalaşma daha çox dolların alışında qeydə alınıb

Azərbaycanda dolların məzənnəsində bahalaşma qeydə alınıb. Anspress-in əməkdaşının valyuta dəyişmə məntəqələrində apardığı müşahidədən bu qənaətə gəlmək mümkün olub.

Belə ki, hazırda valyuta dəyişmə məntəqələrində 1 ABŞ dolarının alışı 1,03, satışı isə 1, 055-dir. Halbuki, bir müddət öncə dolların alışı 0,96-1 AZN, satışı isə 1,03-1,035 arasında dəyişirdi.

Qeyd edək ki, Mərkəzi Bankın açıqladığı son məlumata görə, 1 ABŞ dolları 1.0490-a, 1 avro isə 1.1566-dır.

Xatırladaq ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol