Menu

Neft emalı zavodu vuruldu

09.03.2015, 13:15
Neft emalı zavodu vuruldu

ABŞ-ın rəhbərlik etdiyi koalisiya Suriyada İŞİD ekstremist qrupuna məxsus neft emalı zavoduna zərbə endirib.

Suriyada İnsan Haqlarını Müşahidə Təşkilatı bildirir ki, martın 8-də baş vermiş hücumda 30 nəfər öldürülüb. Onların arasında zavodun fəhlələri və İŞİD yaraqlıları da var.

Zavod Türkiyə ilə sərhəd yaxınlığında Tel Abyad şəhərindən şimalşərqdə yerləşir.

Koalisiya sözçüsü məlumatı təsdiqləməyib.

İŞİD-nin Suriyanın şimalında və şərqində tutduğu ərazilərdə neft istehsalı regionları da var. Qrupun fəaliyyətinə maliyyə də həmin ərazilərdən gəlir.

BMT-nin noyabrda yaydığı hesabata görə, İŞİD-nin neftdən gəliri günə 846000 dollardan 1.6 milyon dollaradək dəyişir.

Ancaq Pentaqon bildirir ki, koalisiya hava hücumları endirəndən bəri bu gəlir dramatik azalıb. Üstəlik neftin qiymətinin düşməsi qara bazara da təsirini göstərib. /AzadlıqRadiosu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol