Menu

Ermənistan BMT-nin "qara siyahı"sında

09.03.2015, 15:10
Ermənistan BMT-nin "qara siyahı"sında

BMT-nin insan hüquqları üzrə baş komissarı Zeyd Raad əl-Hüseyn Ermənistanı insan hüquqları üzrə prinsiplərə riayət etməyə çağırıb. Anspress-in məlumatına görə, baş komissar bir sıra ölkələrdə, o cümlədən Ermənistanda, Rusiyada və Türkiyədə sərbəst fikir ifadəsinin azadlığına qoyulan məhdudiyyətlərlə əlaqədar narahatlığını bildirib.

O, günahsızları qorxudan hakimiyyətlərə qarşı mübarizə aparılmasının zəruriliyini söyləyib və həmin ölkələrdə iqtidarları israrla insan hüquqları prinsiplərinə riayət etməyə çağırıb: "Bu məsələ bizi dərin şəkildə narahat edir. Bir çox ölkələrdə fikir ifadəsi azadlığını məhdudlaşdırırlar. Belə ölkələrdə - Ermənistan, Banqladeş, Burundi, Konqo Demokratik Respublikası, Misir, Macarıstan, Fələstin, Rusiya, Səudiyyə Ərəbistanı, Tanzaniya, Tailand, Türkiyə, Venesuela, Vyetnam və Myanmada islahatlara ehtiyac var."

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol