Menu

İraq təhlükəsizlik qüvvələri 60 İŞİD-çini məhv edib

09.03.2015, 23:04
İraq təhlükəsizlik qüvvələri 60 İŞİD-çini məhv edib

İraq təhlükəsizlik qüvvələrinin ölkənin qərb bölgəsində keçirdikləri əməliyyat nəticəsində 60 İŞİD silahlısı məhv edilib.APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, əməliyyat Ənbər əyalətinin Əl-Kayim bölgəsində həyata keçirilib.

Əməliyyata İraq Hərbi-Hava Qüvvələrinin də cəlb olunduğu bildirilir. İraqın daxili işlər nazirliyinin açıqlamasında İŞİD-in Ənbər əyalətindəki bir neçə liderinin öldürüldüyü qeyd edilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol