Menu

Prezident itkilərdən danışdı

10.03.2015, 08:47
Prezident itkilərdən danışdı

Ukraynanın cənub-şərqində silahlı münaqişə zamanı 1549 hərbçi həlak olub. APA-nın məlumatına görə, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko yerli “1-ci kanal” telekanalında çıxış edərkən deyib.

“Ümumi itkilərimiz 1549 nəfərdir. Döyüş əməliyyatları zamanı 1 232 Silahlı Qüvvələrin əsgəri, 99 DİN əməkdaşı, 132 milli qvardiyaçı, 63 sərhədçi, 7 Təhlükəsizlik Xidməti əməkdaşı, 16 Fövqəladə Hallar Xidmətinin xilasedicisi həlak olub”, deyə P.Poroşenko bildirib.

Onun sözlərinə görə, Debaltsevo ətrafında gedən son döyüşlərdə 19 hərbçi həlak olub, 135-i yaralanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol