Menu

Axtarışda olan rektor ölkəyə qayıtdı

10.03.2015, 10:05
Axtarışda olan rektor ölkəyə qayıtdı

Türkiyədə “Ergenekon davası” kimi tanınan cinayət işi üzrə təqsirləndirilən və barəsində axtarış elan olunan Yedditəpə Universitetinin qurucusu Bədrəddin Dalan İstanbula qayıdıb. APA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, bu, B.Dalan barəsində həbs qərarının ləğvindən sonra mümkün olub.

O, “Lufthansa Hava Yolları”na aid təyyarə ilə Frankfurtdan İstanbula gəlib. Atatürk Hava Limanında onu yaxınları qarşılayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol