Menu

Avro dollara nisbətdə rekord həddə düşüb

10.03.2015, 12:39

dollardhk_1ABŞ dolları son 12 ildə avroya nisbətdə rekord həddə qalxıb.

Martın 10-da Asiya bazarında avro 1.0785 dollara bərabər olub ki, bu da 2003-cü ilin sentyabrından bəri ən aşağı səviyyədir.

Dollar həmçinin yapon yeninə nisbətdə qalxıb, hazırda bir dolların məzənnəsi 122 yendən çoxdur. Bu, 2007-ci ilin iyulundan bəri ən yuxarı həddir.

Dolların yüksəlməsinə ABŞ mərkəzi bankının bu ilin ortasından faiz dərəcəsini qaldıra biləcəyinə dair spekulyasiya səbəb olub.

Bu arada Avropa Mərkəzi Bankı martın 9-da çoxdan gözlənən kampaniyaya - avro istiqrazlar almağa başlayıb.

2002-ci il yanvarın 1-də dövriyyə buraxılanda avro dollara nisbətən zəif idi, ancaq həmin ilin sonundan məzənnəsi qalxmağa başlamışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol