Menu

16 dərəcə isti olacaq - Proqnoz

10.03.2015, 13:17

A3F491E4-4D97-4137-A811-5537DDA25B7C_mw1024_n_shavasBakıda və Abşeron yarımadasında martın 11-də hava şəraiti dəyişkən buludlu olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, hava şəraiti əsasən yağmursuz keçəcək. Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 3-5 dərəcə isti, gündüz 8-12 dərəcə isti olacaq.

Rayonlarda sabah hava şəraiti yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 0-5 dərəcə, gündüz 11-16 dərəcə isti olacaq. Dağlıq rayonlarda gecə 0-5 şaxta, yüksək dağlıq ərazilərdə 12-17 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol