Menu

"Survivor"da faciə: dünya və olimpiya çempionları öldü - VİDEO

10.03.2015, 13:50
"Survivor"da faciə: dünya və olimpiya çempionları öldü - VİDEO

Argentinada helikopter qəzaya uğrayıb. APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, hadisə baş verən zaman helikopterdə "Survivor" realiti-şousunun çəkiliş qrupu olub. 10 nəfərin öldüyü bildirilir, sağ qalan yoxdur. Ölənlərdən 8 nəfəri Fransa, 2-si isə Argentina vətəndaşıdır. Onlar ölkənin şimal-qərbinə, La-Rioxa əyalətinin "Talampiya" Milli Parkında ekstremal TV proqramının çəkilişləri üçün uçublar. Sinoptiklər həmin vaxt hava şəraitinin əlverişli olduğunu bildiriblər.

Həyatını itirən fransızlar arasında bir neçə məşhur idmançı var. Onlardan biri - 1990-cı ildə Atlantik okeanını yelkənli qayıqla keçən 57 yaşlı Florans Artodur.

Ölənlər arasında 2012-ci ildə olimpiya çempionluğunu qazanan, dəfələrlə dünya və Avropa çempionu olmuş 25 yaşlı Kamil Müfa da var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol