Rusiya müxalifətçisi Boris Nemtsovu qətlə yetirməkdə şübhəli bilinən Zaur Dadayev hüquq müdafiəçilərinə deyib ki, özünü təqsirkar tanımır. Onun bədənində döyülmə izləri müəyyən edilib. İctimai Nəzarət Komissiyasının (İNK) üzvləri “Lefortovo” istintaq təcridxanasında Nemtsovun qətlə yetirilməsi işi üzrə tutulub saxlananlarla söhbət edə biliblər.
Daha əvvəl istintaq nümayəndələri Zaur Dadayevin artıq cinayəti törətməkdə etiraf etdiyini bəyan etmişdilər, lakin hüquq müdafiəçilərinə o, müxalifətçini öldürmədiyini bildirib.
Həmçinin Dadayevin fevralın 28-nə kimi “ŞİMAL” batalyonun tərkibində olduğu aydın olub.
Bundan başqa, çərşənbə axşamı məlumat yayılmışdı ki, qatillərin Nemtsovu hələ ötən il payızdan güddükləri ehtimal olunur.
“Nemtsovu sən öldürmüsən?”
Dadyevin sözlərinə görə, onu yoldaşı Ruslan Yusupovun azadlığa buraxılması müqabilində günahı boynuna almağa məcbur ediblər. “Mən düçünürdüm ki, Moskvaya gətirərlər, mən də burda məhkəmədə tam həqiqəti söyləyərəm. Günahsız olduğum haqüqında. Lakin hakim mənə heç söz vermədi”, - Dadayevi “Moskovskiy komsomolets” qəzeti isnad edir.
Zaur Dadyev İNK üzvlərinə onunla qəddar rəftar edildiyini bildirib, bədənində qolları və ayaqlarında qandal və zəncir izlərini göstərib.
“Həmişə qışqırırdılar: “Nemtsovu sən öldürmüsən?” – Mən deyirdim ki, yox”, - Dadayev danışıb.
Hüquq müdafiəçiləri istintaq təcridxanasında əsaslı yoxlama keçirmək tələbilə Cəzaların İcrası üzrə Federal Xidmətin direktoru, İstintaq Komitəsinin rəhbəri və Rusiya baş prokuroruna müraciət göndəriblər.
Onlar həmçinin tibbi müayinə və məhkəmə-tibb ekspertiza təşkil etmək, eləcə də Nemtsovun qətlə yetirilməsi işi ilə bağlı həbs olunan Qubaşevlər qardaşları və Dadayevin şəxsi toxunulmazlığı və təhlükəsizliklərinin təmin olunmasını təklif ediblər.
Şübhəli bilinən şəxslərlə görüşüb “vizual müşahidədən sonra” İNK üzvləri onların bədəni üzərində “çoxsaylı qançır və hematoma, zədələr“ aşkar edib sənədləşdiriblər.

--------------
Rusiya müxalifət lideri Boris Nemtsovun qətlində şübhəli bilinən Zaur Dadayev ona qarşı irəli sürülən ittihamları rədd edib.ANS PRESS-in məlumatına görə, Dadayev Rusiyanın məcburi saxlanma məntəqələrində insan hüquqlarının vəziyyətini araşdıran İctimai Nəzarət Komissiyasının üzvləri "Lefortovo" istintaq təcridxanasında olarkən rədd etdiyini bildirib.
Dadaev bu qətlin onu döyərək boynuna qoyulduğunu bildirib.
"Mən düşündüm ki, Moskvada məhkəmədə bütün həqiqəti deyə biləcəm. Lakin hətta hakim mənə söz vermədi. Günahkar deyiləm. Məni tutarkən dostum yanımda idi. Onu hər şeyi boynuma alacağım halda buraxacaqlarını bildirdilər. Hər gün başıma kisə keçirərək döyürdülər ", - Dadayev bildirib.
Qeyd edək ki, bir neçə gün əvvəl Moskva Basman məhkəməsinin hakimi Zaur Dadayevin cinayətdə iştirakını etiraf etdiyini bildirmişdi.


Şərhlər