«Exo Moskvı» radiostansiyasının yaydığı məlumata görə, «Novaya qazeta» Nemtsovun qətlinin təşkilatçısının adını açıqlayıb. Nəşr iddia edir ki, cinayətin təşkilatçısının adı Ruslandır, rütbəsi mayordur, yüksək çinli iki qohumu var.
Qəzet yazır ki, hələ ötən həftənin ortalarında bu şübhəli şəxs və qətlin icraçıları barədə prezidentə məruzə edilib ki, onların arasında Zaur Dadayevin adı yoxdur (Rəsmi versiyaya görə Dadayev iş üzrə əsas fiqurant sayılır).
Bunula belə, sözügedən Ruslan adlı şəxsin taleyi və qəzetə bu informasiyanın haradan sızması barədə məlumat verilmir. Bu mövzuya rəsmi şərh də verilmir.
Xatırladaq ki, iş üzrə artıq 5 nəfər həbs olunub, onların arasında Dadayev də var. Bundan əvvəl xəbər verilmişdi ki, Dadayev artıq qətli törətdiyini etiraf edib. Dünən isə xəbər yayıldı ki, istintiaq təcridxanasında hüquq müdafiəçiləri ilə görüşən Dadayev cinayəti törətmədiyini deyib.
Vaqif


Şərhlər