Menu

«Güllələnmə siyahısı» da varmış!

11.03.2015, 12:35
«Güllələnmə siyahısı» da varmış!

 Nemtsovun qətli ilə bağı dövlət başçısına məruzə olunması barədə prezidentin mətbuat katibi Peskovun məlumatı yoxdur.

AzPolitika.info-nun məlumatına görə, bu barədə «Exo Moskvı» radiosuna Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov özü danışıb: «Hüquq-mühafizə və xüsusi xidmət orqanlarının bütün məruzələrinin detalları mənə məlum deyil. Həm də açıqlamaq mümkün deyil...»

O, əlavə edib ki, istintaqın gedişi barədə yalnız istintaq orqanlarından soruşmaq lazımdır. Guya ki, bəzi rusiyalı siyastçilərin və jurnalistlərin adları gedən «güllələnmə siyahısı» adlı sənədin mövcudluğunu isə Peskov absurd adlandırıb.

Xatırladaq ki, bu ərəfədə «Novaya qazeta» Nemtsovun qətli ilə bağlı ötən həftə prezidentə məruzə olunması, məruzədə qətlin təşkilatçısının adının çəkilməsi və «güllələnmə siyahısı»nın Putinə təqdim olunması barədə məlumat yaymışdı.

Vaqif

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol