Menu

Zakir Qaralov vətəndaşları qəbul edəcək

11.03.2015, 13:12
Zakir Qaralov vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov vətəndaşları qəbul edəcək.

Prokurorluğun mətbuat xidmətindən ANS PRESS-ə verilnə məlumata görə, cari il martın 30-da saat 11:00-da Biləsuvar rayon prokurorluğunun inzibati binasında Biləsuvar, Cəbrayıl, İmişli, Cəlilabad və Neftçala rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Biləsuvar şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və contact@prosecutor.gov.az elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol