Menu

"Kameraya bir ədəd gül və 1 ədəd plitka şokolad verdilər" - Xədicə İsmayıl

11.03.2015, 13:21
"Kameraya bir ədəd gül və 1 ədəd plitka şokolad verdilər" - Xədicə İsmayıl

Xədicə İsmayıl Bakı İstintaq Təcridxanasında 8 mart günü onu necə təbrik etdiklərindən yazır

“Kameraya bir ədəd gül və 1 ədəd plitka şokolad verdilər. 8 martda kamerada olan 3 qadını Ədliyyə Nazirliyinin Penitensiar Xidmət İdarəsi məhz belə təbrik etdi".

Bunu məhbus jurnalsit Xədicə İsmayıl təsvir edir.

Onun AzadliqRadiosuna çatdırdığı məktubda deyilir ki, əslində Penitensiar Xidmət qadınlara ehtiramını başqa yolla göstərə bilərdi - məhbus qadınların portretini cızan bir statistika aparmaqla.

Xədicənin özünün hazırladığı məhbus-qadın portreti belədir:

a) cənub bölgəsi - əsasən “milli maddə” (234 – narkotik vasitələrin qanunsuz dövriyyəsi) ilə məhkum olunanlar;

b) erkən nikahlar və təhsilsizlik üzündən baş verən cinayətlərin cəzasını çəkənlər;

c) kişilər tərəfindən cinayətə təhrik və ya məcbur edilənlər;

d) sevgi və ya qısqanclıq məhbusları.

Azərbaycanda qadınları həbsxanaya gətirən əsas səbəblərin yuxarıdakı siyahının a) və b) bəndlərinin olduğunu deyən Xədicə vaxtilə jurnalist kimi həmin problemləri qaldırdığını xatırladır.

“20 il əvvəl biz jurnalistlər cənub bölgəsinin problemləri və erkən nikahlar barədə danışanda bu nəticəni gözləməliydilər”.

Məhbus jurnalist bildirir ki, indi ölkənin şimal bölgəsində də eyni problem var və bir azdan bu problemin bütün ölkəyə yayılacağından ehtiyyat edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol