Menu

İraq ordusu Tikrit şəhərini azad edib

12.03.2015, 10:17

[caption id="attachment_60283" align="alignleft" width="300"]Kobaninin ən yüksək nöqtəsində İŞİD bayrağı dalğalanır - 6 oktyabr 2014 Kobaninin ən yüksək nöqtəsində İŞİD bayrağı dalğalanır - 6 oktyabr 2014[/caption]

İraq Silahlı Qüvvələri İŞİD terrorçularının nəzarətində olan Tikrit şəhərini azad edib. APA-nın “Agence France-Presse”yə istinadən xəbərinə görə, hökumət qoşunlarının əsgərləri və şiə milisinin döyüşçüləri yerli sünni tayfalarının köməyi ilə şəhərin şimal hissəsinə, Qadisiyyə rayonuna daxil olublar və hazırda orada təmizləmə həyata keçirirlər.

Əyalətin qubernatoru Salah əd-Din bildirib ki, artıq İraq bayrağı Qadisiyyədəki hərbi hospitalın üzərində dalğalanır.

Qeyd edək ki, Tikritə hücum əməliyyatı on gün əvvəl başlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol