Menu

Daha bir azərbaycanlı ailə Suriyaya getdi

12.03.2015, 13:36
Daha bir azərbaycanlı ailə Suriyaya getdi

Ailə başçısı həyat yoldaşını və 4 övladını da özülə birgə aparıb. Anspress-in məlumatına görə, Qax rayonunda yaşayan ailə başçısı Suriyada döyüşlərdə iştirak etmək üçün ölkəni tərk edib.

Rayon sakinlərinin verdikləri məlumata görə, Ləkit kənd sakini, Abdulhəmid Əliyev həyat yoldaşı Rüxsarə Əliyevi və 4 övladını da özü ilə birgə aparıb.

Məlumatda bildirilir ki, onların övladlarını 13, 7, 2 və 1 yaşları var. Hər üç uşaq da oğlandır.

Məsələ ilə əlaqədar rayon polis şöbəsilə əlaqə saxladıq. Polis şöbəsindən ANS PRESS-ə bildirdilər ki, ailə artıq bir neçə aydır ki, ölkəni tərk edib. Onların Suriyaya getdiyini təsdiqləyən şöbə əməkdaşları, hələlik ailədən heç bir xəbər olmadığını vurğuladılar. O da əlavə edilib ki, ailənin Suriyaya hansı məqsədlə getdikləri məlum deyil.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol