Menu

Putin qondarma "erməni soyqırımı" tədbirinə qatılacaq?

12.03.2015, 19:10
Putin qondarma "erməni soyqırımı" tədbirinə qatılacaq?

Rusiya Prezidenti Vladimir Putin qondarma “erməni soyqırımı”nın 100-cü ildönümü ilə bağlı Yerevanda təşkil ediləcək tədbirdə iştirak edəcək. Trend-in Türkiyənin “Hürriyyət” qəzetinə istinadən verdiyi məlumata əsasən, bu barədə V.Putin Ermənistan Prezidenti Serj Sarkisyanla telefon danışığında deyib.

V.Putin erməni həmkarını Böyük Vətən müharibəsinin 70-ci ildönümü tədbirlərinə dəvət edib.

Qeyd edək ki, Rusiya 1915-ci il hadisələrini “soyqırım” kimi tanıyıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol