Menu

İranın eks-prezidenti Türkiyədə hücuma məruz qalıb

12.03.2015, 22:18
İranın eks-prezidenti Türkiyədə hücuma məruz qalıb

İranın sabiq prezidenti Mahmud Əhmədinejad Türkiyədə hücuma məruz qalıb. Musavat.com-un xarici qaynağa istinadən verdiyi xəbərə görə, insident Türkiyənin keçmiş baş naziri Nəcməddin Ərbakanın xatirə mərasimində baş verib.

Məlumata görə, Əhmədinejada qonaqlardan bir qrupu hücum edib. Belə ki, keçmiş dövlət başçısı çıxış edən zaman zaldakılar onu Suriyada vətəndaş müharibəsini qızışdırmaqda ittiham ediblər. Zalda Əhmədinejadın tərəfdarları ilə əleyhdarları arasında dava düşüb.

Mühafizəkarlar eks-prezidenti zaldan çıxarmağa müvəffəq olublar. Şahidlərin dediyinə görə, bu zaman o, fiziki təzyiqdə də məruz qalıb. Lakin videoyazı döyülmə faktını təsdiqləmir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol