Amerikalı senatorlar Con Makkeyn və Lidsi Qrem ABŞ Konqresinə prezidenti Barak Obamanı Boris Nemtsovun xahişinə müvafiq surətdə “Maqnitski siyahısı”nı genişləndirməyə çağıran qətnamə layihəsi təqdim ediblər.
Musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, senatorlar həmçinin, Obamanı və beynəlxalq ictimaiyyəti Nemtsovun qətlinin müstəqil təhqiqatını təmin etməyə səsləyiblər.
Sənəd müəllifləri habelə, ATƏT-i Ukraynadakı vəziyyətlə bağlı hazırlayacağı hesabata Boris Nemtsovun qətldən öncə açıqlamağa hazırlaşdığı informasiyanı da daxil etməyə çağırıblar.
Az öncə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland bəyan edib ki, Birləşmiş Ştatlar Boris Nemtsovun öldürülməsinə görə “Maqnitski siyahısı”nı genişləndirə bilər.


Şərhlər