Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Vladimir Putinin nə vaxt üzə çıxacağı vaxtı bilmir. Bu barədə o «Exo Moskvı»ya müsahibəsində deyib.
Putini televiziyada nə vaxt görmək mümkün olacaq sualına Peskov «onun çoxlu görüşləri olur, ancaq hamısını televiziyada göstərmirlər» cavabını verib.
Peskov həmçinin Putinin yaxın günlərə planlaşdırılan Federal Təhlükəsizlik Xidmətinin kollegiya iclasına qatılıb qatılmayacağına da aydınlıq gətirməyib.
Xatırladaq ki, Putin sonuncu dəfə martın 6-da İtaliyanın baş naziri ilə görüşü zamanı telekanallarda görünüb. Son günlər hətta dövlət başçısının ağır xəstə olmasına dair də xəbərlər dolaşır.


Şərhlər