Tanınmış politoloq Ərəstun Oruclu sosial şəbəkədə maraqlı bir şəkil paylaşıb. Onun yazdığı qeydlərdən anlaşılır ki, fotonun mərkəzindəki şəxs məşhur iranlı general Qasım Süleymandır. Politoloq bu barədə yazır: "Hazırda o, İraqda İŞİD-a qarşı hərbi əməliyyatlara rəhbərlik edir. Fotoda iki detal maraqlıdır və onlardan birincisi - bütün silah və zirehli texnikanın ABŞ istehsalı olması - sual doğurmur. İkinci detal isə - soldakı arxadan çəkilmiş əsgərdir. Burda xeyli mübahisə eləmək olar, amma heç iraqlıya oxşamır, elə əynindəki hərbi geyimi və fiziki göstəriciləri də...
Bu fotoya baxmağı xüsusilə iranpərəst dindar dostlarıma məsləhət görərdim. Təbii ki, inadkarlıq eləmək hər kəsin öz işidir, amma faktlar da çox inadkar olur. Məsələn, Netanyahunun ABŞ-a son səfəri zamanı heç bir yüksək dövlət rəsmisi tərəfindən qəbul edilməməsi faktı... Qalanlarını isə sonra yazacağam.
Yeri gəlmişkən, ABŞ-ın müttəfiqi olan İraqda İŞİD-a qarşı bütün hərbi əməliyyatlara inranlılar rəhbərlik edir. Bu da bir faktdır".


Şərhlər