Menu

Şimali Koreya Yaponiya istiqamətində 7 ballistik raket buraxdı - Video

13.03.2015, 13:50

Kim Jong-un bir aydan artıqdır ki ictimaiyyət qarşısına çıxmayıb.

Bu gün Şimali Koreya növbəti dəfə ballistik raketləri sınaqdan keçirib. APA TV-nin "Euronews"a istinadən verdiyi xəbərə görə, ölkənin Silahlı Qüvvələri tərəfindən Yapon dənizi istiqamətinə "Yer-Hava" tipli yeddi ballistik raket buraxılıb. Cənubi Koreyanın məsələyə reaksiyası gecikməyib. Seulda hesab edirlər ki, bu Pxenyanın ABŞ-Cənubi Koreya Silahlı Qüvvələrinin "Ki rizolv" adı altında birgə keçirdikləri hərbi təlimlərə cavabdır. Avstraliya, Böyük Britaniya, Danimarka, Kanada və Fransa hərbçilərinin də iştirak etdiyi təlimlər bu gün başa çatacaq. Xatırladaq ki, raketlərin sınağını Şimali Koreya lideri Kim Çen In şəxsən izləyib.

Qeyd edək ki, Şimali Koreya 300-700 kilometrdən hədəfi vura bilən “Scud” raketlərinə sahibdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol