Menu

"«Rus dünyası» konsepsiyasında İslamın yeri və rolu nəzərə alınmır"

13.03.2015, 19:14
"«Rus dünyası» konsepsiyasında İslamın yeri və rolu nəzərə alınmır"

"Vaxtdır ki, müsəlman avrasiya sivilizasiyasında öz mövcudluğunu dərk etsin"

Rusiya KİV-nin yaydığı məlumata görə, martın 12-də (2015) Perm şəhərində (Rusiya Federasiyası) 5-ci «Müsəlman dünyası» müsəlman mədəniyyəti Forumu keçirilib. Forumda Rusiya müsəlmanları dini idarəsi sədrinin birinci müavini Dəmir Mühətdinov geniş nitqlə çıxış edib. Azpolitika.info aktualığını nəzərə alıb, nitqin mətnini bəzi ixtisarlarla hörmətli oxucuların diqqətinə çatdırır.

«Vəssalamu Aleykum, «Müsəlman dünyası» müsəllman mədəniyyəti 5-ci Forumunun Permdə gerçəkləşən iştirakçıları!

Hər şeydən əvvəl Təşkilat Komitəsinin işi ilə fəxr etdiyimi dilə gətirmək istəyirəm! Eyni adlı, çox maraqlı, canlı və çoxəhatəli tədbir artıq 5-ci dəfədir ki, Perm diyarında keçirilir. Mən bu tədbirdə ilk dəfə deyil ki, iştirak edirəm. Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, tədbir Rusiyada gerçəkləşən bölgələrarası mədəniyyət layihələrinin ən yaxşılarından biridir. Allah təşkilatçılara yardımçı olsun, bizim xalqların mənəvi xəzinəsinin daha da zənginləşdirilməsi işində onlara qüvvət versin!

Şübhəsiz ki, konfransın mövzusu olan «Rusiyanın müsəlman icmasının problemləri və inkişaf perspektivləri» məsələsi şübhəsiz ki, aktualdır. Bu gün mən hansısa ayrıca götürülmülş bir problemi yox, problemlərimizin həllinə mane olan və hər zaman mane olacaq prinsipial məsələ barədə fikir yürütmək istəyirəm. Mümkündür ki, sualın kəskin qoyuluşu kimlərəsə təəccüblü görünsün. Söhbət ondan gedir ki, çağdaş Rusiyanın düşünən və yaradıcı elitasının təfəkküründə İslam hələ də müzakirə dairəsinə daxil edilməyib. Üstəlik də bu amil ümum-Rusiya pozitiv inkişafı yolunda ehtiyat və potensial qismində qəbul edilmir. Qısa danışsaq, situasiya bax bu cürdür.

Konstitusiyaya görə, Rusiyada dövlət ideologiyası ola bilməz. Amma faktiki olaraq, hakim elita daxilində «Rus dünyasının dirçəldilməsi» formullu proto-ideologiya işlənir və inkişaf etdirilir. Bu konsepsiyanın özündə İslam barədə düşüncələr yer almır və ölkənin müsəlman əhalisi nəzərə alınmır. Fəqət bu, elə bir vaxtda baş verir ki, ölkə başçısı, prezident Putin dəfələrlə yüksək tribunalardan bəyan edib ki, həm mədəniyyət, həm də ənənə baxımından bizim ölkəmiz həm provoslav, həm də islam ölkəsi olduğundan, islam ilahiyyatçılığını yeni səviyyəyə qaldırmaq, müsəlman vətəndaşlarımızın yeni sosiallaşması planlarını həyata keçirmək lazımdır.

Beləliklə, ilk paradoksla üz-üzəyik. Məhz strateji dərketmə və işlənmə mərhələsində, şərti olaraq, «Gələcək Rusiyada İslam yoxdur» düşüncəsinin yer alması səbəbindən, hər zaman qarşımıza çıxan, hər zaman əhatəsində qaldığımız, yerlərdə də hər zaman qarşımıza qoyduğumuz, dövlət və cəmiyyət qarşısında qaldırdığımız çoxsaylı problemlər öz həllini tapa bilmir. Məgər, Rusiyada müsəlmanların problemlərini (məscid və mədəniyyət mərkəzlərinin tikintisi, məktəblərə qızların baş örtüyü ilə gəlməsi, klassik islam ədəbiyyatı və s.ı) həll etmək bu qədər mürəkkəb məsələdir? Əsla, bütün bu problemlər asanlıqla həll olunası məsələlərdir, amma ortada aydın strategiyanın olması şərtilə...

Təəssüf ki, yüzilliklər boyunca rusiyalı müsəlmanlar Rusiya üçün «ideoloji gündəlik»in fomalaşmasında heç bir rol oynamayıblar. 1917-ci ilə qədər ölkədə sosial münasibətlərin pravoslav mahiyyəti ağalıq edib. Sovetlər dönəmində də belə olub (başlanğıcda bir qədər beynəlmiləlçilik işartıları olsa da). 1990-cı illərdən sonra bu məsələdə bir böhran baş qaldırdı. Prezident Putin də 2013-cü ildə Valdaydakı çıxışında bunu qeyd etmişdi...

Beləliklə, indi olduqca vacibdir ki, gələcəyimizi formalaşdıran proto-ideologiyanın inkişaf edirilməsinə dəstək verək. Qısaca desək, bu məsələdə bizim tövhəmiz nədən ibarət ola bilər?

Cavab - biz rus klassikləri tərəfindən nəzərə alınmayanları tənqid edəcəyik... Ola bilsin ki, yüz il bundan əvvəl bu amil indiki kimi aktual olmayıb. Üstəlik də ölkədə hökm sürən pravoslav ideologiyası bütün bunları məhsuldar analiz etməyə mane olurdu. Amma indi buna göz yummağa lüzum yoxdur. Gələcəkdə isə, demoqrafik proqnozlar göstərir ki, bunun rolu getdikcə artacaq. Bəs, Rusiyada (və ya Avrasiyada) eyniləşdirmə necə olmalıdır ki, müsəlmanlar özlərini onun bir hissəsi kimi hiss etsinlər, onu daxildən zənginləşdirə bilsinlər?

Kreml elitasının ortaya qoyduğu proto-ideologiya artıq buna cavab verib. Formalaşmış Rusiya eyniləşdirməsi çoxqütblülüyə, ənənəvi dəyərlərə, ənənəvi multikulturalizmə və yumşaq konservatizmə sadiqliklə paralellər təşkil edir. Bu, pravoslavlıq tərəfindən «rus ideyası»nın demonopolizasiya olunması, ənənəvi İslamın media gettosundan azad olması, rusiyalı müsəlmanın pozitiv simasının formalaşması deməkdir. Belə şəraitdə rusiyalı müsəlman məhsuldar Rusiya eyniləşdirməsinin formalaşdırılmasında özünü fəal iştirakçı hesab edə biləcək. Bu da onlar üçün vətənpərvərliyə, vətəndaşlığa, ənənəvi dəyərlərə, milli və ümum-Rusiya mədəniyyətinə meyllilik demək olacaq. Bunlar isə öz növbəsində, xaricdəki qesiyasi rəqiblərimiz tərəfindən qızışdırılan radikalizm ehtimalını dəfələrlə aşağı sacacaq...

Təkrar edirəm - vaxtdır ki, müsəlman Rusiya Avrasiya sivilizasiyasında öz mövcudluğunu dərk etsin və özü də ölkəyə münasibətdə dəyişsin. Bunun ardınca mümkün olacaq ki, ölkə də nəhəng və hər gün güclənən müsəlman amili ilə hesablaşsın və onu özünün gələcəyinin bir hissəsi hesab etsin. İnşallah!

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol