Menu

Millinin baş məşqçisi ilə “nigah” təzələndi

13.03.2015, 22:58
Millinin baş məşqçisi ilə “nigah” təzələndi

Almaniya millisi baş məşqçi Yoahim Lövlə yollarına davam edəcək. Apasport.az saytının məlumatına görə, ölkə futbol ittifaqı təcrübəli çalışdırıcı ilə müqavilə imzalayıb.

Löv 2018-ci ilin 31 iyuluna qədər Buntestimin “sükanı arxası”nda olacaq. Yoahimdən başqa, köməkçisi Tomas Şnayder və qapıçılarla işləyən məşqçi Andreas Köpke də “nigah”ı təzələyib.

Qeyd edək ki, 2006-cı ildən Almaniya yığmasına rəhbərlik edən 55 yaşlı mütəxəssisin qüvvədə olan müqaviləsi AVRO-2016 başa çatandan sonra bitəcək. Löv komandası ilə DÇ-2010 və AVRO-2012-də bürünc mükafatı qazanıb. AVRO-2008-də isə ikinci yeri tutub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol