Menu

Bakıda liftdə dəhşətli hadisə - ölən var

13.12.2013, 19:51
Bakıda liftdə dəhşətli hadisə - ölən var

Bakıda liftdə dəhşətli hadisə baş verib.“Axar.az” FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri Suraxanı rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1985-ci il təvəllüdlü Hacıyev Ceyhun Malik oğlu şaxtanın divarı ilə lift kabinəsi arasında sıxılmış vəziyyətdə qalıb.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, lift texniki nasazlıq səbəbindən 8-ci və 9-cu mərtəbələr arasında dayanıb.

Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə zərərçəkmişi liftin şaxtasından çıxarıblar.

Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılan ilkin müayinə zamanı C. Hacıyevin vəfat etdiyi müəyyən olunub. Cəsəd aidiyyəti üzrə təhvil verilib.

- See more at: http://axar.az/news/4107#sthash.I8xus6lP.dpuf

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol