Menu

Pakistan pilotsuz təyyarələrini sınaqdan çıxartdı

14.03.2015, 19:19
Pakistan pilotsuz təyyarələrini sınaqdan çıxartdı

"Burraq" hərəkət edən hədəfləri istənilən hava şəraitində yüksək dəqiqliklə vurmaq qabiliyyətinə malikdir

Pakistan özünün istehsal etdiyi, lazerlə idarə olunan pilotsuz təyyarəsini uğurla sınaqdan çıxardığını bəyan edib. Anspress-in məlumatına görə, "Burraq" (uçan at mənasını verir -red.) adlanan uçan qurğu statik və hərəkət edən hədəfləri istənilən hava şəraitində yüksək dəqiqliklə vurmaq qabiliyyətinə malikdir.

Quru qoşunları qərargahının rəisi general Raheel Şarif pilotsuz təyyarəni və «Barq» (ildırım) raketlərini «böyük milli uğur» və «əlamətdar hadisə» adlandırıb. Şarif bildirib ki, yeni pilotsuz təyyarə terrorla mücadilədə imkanları artırır.

Pakistan uçan aparatların istehsalı üçün uzun zamandır ABŞ-dan texnologiya verməsini xahiş edirdi. Bundan başqa, İslamabad amerika pilotsiz təyyarələrinin əfqan taliblərini və başqa yaraqlıları təqib etmək məqsədilə onun Əfqanıstanla sərhədlərinə daxil olmasına açıq səkildə etirazını bildirir.​

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol