“Rusiya Maydanının qərargahı artıq fəaliyyətə başlayıb”.Axar.az xəbər verir ki, bu açıqlama ilə rusiyalı politoloq Sergey Markov öz Feysbuk səhifəsində çıxış edib. O, tezliklə daha yeni şayiələrin yayılacağını bildirib: “Antimaydan. Hazırda Putinin ölümü, ya da xəstələnməsi, Putinə qarşı Kremldə qiyamın başlaması, Seçinin istefaya getməsi, hökumətin istefaya gedişi, FTX-nın (FSB) Putindən Kadırovun başını istəməsi, Kadırovun nədənsə Nemtsovun qətlinin sifarişçisi olması barədə şayiələri oxuyuram. Təxmin edirəm ki, Rusiya Maydanının hazırlandığı qərargahdan onların tabeliyi altında olan mediaresurslara Rusiyada kütləvi şəkildə şayiələr yayaraq stabilliyə əminliyi sarsıtmaqla bağlı kampaniyaya başlamaq üçün tapşırıq verilib. Tezliklə başqa şayiələr də eşidəcəksiniz. Dərsliklərdə yazıldığı kimi, bu şayiələr üçün başlıca tələblər qeyri-müəyyənlik hissinin yaradılması və onların yoxlanılmasının çətin olmasıdır. Öz kütlələri ilə onlar gərək bu emosional hissi yaratsınlar. Nə isə böyük və qorxulu bir şey yaxınlaşır. Özünüzü manipulyasiya etməyə icazə verməyin”.


Şərhlər