Menu

İki Nərminə və Elnur- “Eurovision”a 3 namizəd var

15.03.2015, 14:29
İki Nərminə və Elnur- “Eurovision”a 3 namizəd var

Azərbaycanı builki "Eurovision" mahnı müsabiqəsində təmsil edəcək ifaçının müəyyənləşdirilməsi üzrə münsiflər heyətinin qapalı seçimi olub. APA-nın məlumatına görə, İctimai Televiziyanın Baş Direktoru Cəmil Quliyev və nümayəndə heyətinin rəhbəri Tamilla Şirinovanın da daxil olduğu münsiflər heyəti Azərbaycanı "Eurovision" mahnı müsabiqəsində təmsil edə biləcək son üç nəfəri - Nərminə Behbudova, Nərminə Seyidova və Elnur Hüseynovu müəyyən edib.

Qalib ifaçının adı isə bu gün açıqlanacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol