Menu

İstanbulda İŞİD-ə qoşulmaq istəyən 3 britaniyalı hərb edildi

15.03.2015, 20:30
İstanbulda İŞİD-ə qoşulmaq istəyən 3 britaniyalı hərb edildi

İstanbulda Suriyaya keçərək İŞİD terror qruplaşmasına qoşulmaq niyyətində olan 3 britaniyalı həbs edilib. Musavat.com-un məlumatına görə, bu barədə “Reuters”in yaydığı xəbərdə deyilir. Saxlanılanların adları açıqlanmır.

Ertəsi gün Türkiyə hökuməti həmin gəncləri İngiltərəyə deportasiya eləmək fikrindədir.

Ötən il dekabrın ortalarında BMT baş katibinin müavini Valeri Omos İŞİD-in uşaq və yeniyetmələri fəal şəkildə öz sıralarına cəlb etdiyi barədə aşıqlama vermişdi. Onun sözlərinə görə, 2014-cü ildə terrorçuların düşərgələrində 350 uşağa hazırlıq keçilib. Onlardan ən kiçiyi 5 yaşında olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol