Menu

Mikayıl Cabarovun "böyük" yanlışı- Nazir üzr istədi

14.12.2013, 12:36
Mikayıl Cabarovun "böyük" yanlışı- Nazir üzr istədi

"Mən üzr istəyirəm, ilk olaraq İlham Əliyevin təbrik məktubu oxunmalı idi"

Təhsil naziri Mikayıl Cabbarov müəllimlərin bu gün keçirilən qurultayında üzr istəyib. Avropa.info xəbər verir ki buna səbəb nazirin protokol qaydasını pozması olub.

"Mən bütün qurultay iştirakçılarından çox üzr istəyirəm. Çünki, qurultayın ssenarisini, planını pozdum. İlk olaraq Prezident Administrasiyasının nümayəndəsi İlham Əliyevin təbrik məktubunu oxumalı idi. Amma mən ilk çıxış elədim. Buna görə də üzr istəyirəm".

Qeyd edək ki, bundan sonra prezident İlham Əliyevin təbrik məktubunu Administrasiya nümayəndəsi Fatma Abdullazadə oxuyub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol