Menu

Rektorun qızını döyənləri sərbəst buraxan hakim danışdı - "Qızın şikayəti olmadı"

17.03.2015, 12:07
Rektorun qızını döyənləri sərbəst buraxan hakim danışdı -  "Qızın şikayəti olmadı"

"Mən sadəcə iddianın təmini tədbiri barədə məsələyə münasibət bildirmişəm".

Bunu isə arqument.az-a açıqlamasında Xətai rayon Məhkəməsinin hakimi Raziyə Ataşova Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının qızı Ülkər İsayeva ilə bağlı yayılan iddialara cavab olaraq bildirib. Onun sözlərinə görə, istintaq hələ də yekunlaşmayıb:

"Fakt varsa, cinayət sübuta yetiriləcək. Hazırda Bakı Apelyasiya Məhkəməsində işə baxılır, nəticəni gözləsəniz daha yaxşı olar. O ki qaldı Ülkər İsayevaya, onu dindirmişəm və heç bir şikayəti olmayıb. O bildirib ki, döyülməmişəm, sadəcə müqavimət göstərdim, onlar da məni sakitləşdirib evə aparıblar. Yəni o, döyülmək faktını qəbul etmir. Biz də tərəfləri dindirib məhkəmə başlayana qədər onları sərbəst buraxmaq barədə qərar qəbul etmişik".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol