Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının keçədə tanışları Elin və Zaur Məmmədov qardaşları tərəfindən döyülən qızı Ülkər İsayevanın toyundan kadrları əldə etmişik.Axar.az-ın araşdırması zamanı Ülkərin həyat yoldaşı Aydınla birlikdə toy mərasimində etdiyi rəqs və müxtəlif performanslar üzə çıxıb. 8 aprel 2012-ci ildə “Ağ saray”da keçirilən toyun Yutub sosial şəbəkəsində yayılan kadrlarının ardınca onun döyülməsini əks etdirən kadrlar təqdim olunur.
Ülkər İsayeva 2013-cü ildə Aydın Əhmədzadə adlı şəxslə ailə qurub və 2014-cü ildə ondan boşanıb. Bu nikahdan onların bir qız övladı var.
Qeyd edək ki, atasının rektoru olduğu unviersitetdə Psixologiya departamentinin koordinatoru Ülkər İsayeva martın 8-dən 9-a keçən gecə döyülüb.
O, hadisədən qabaq, martın 4-də Xəzər TV-də yayımlanan “Yeri gəlmişkən” verilişində “Kompleks nə deməkdir? Kompleksdən necə azad olmaq olar“ mövzusunda çıxış edib.ANS PRESS-in məlumatına görə, Xəzər universitetinin təsisçisi Hamlet İsaxanlının qızının psixologiyanın banisi hesab edilən Ziqmund Freyd (1856 – 1939) haqqında çıxışı sosial şəbəkələrdə müzakirəyə çıxarılıb.
İxtisasca psixoloq olan Ülkər xanımın kokainlə bağlı səsləndirdiyi müsbət fikirlər birmənalı qarşılanmayıb: "Kokain nədir? Kokain mərkəzi sinir sistemini aktivləşdirir. Yəni insana enerji, xoşbəxtli güc verir. İnsanın yuxusunu və iştahını azaldır. Ziqmud Freyd xroniki depressiyadan əziyyət çəkirdi və onun öhdəsindən gəlmək üçün kokaindən istifadə edirdi. Özünü rahat hiss edirdi belə. Özünə güvən, eyforiya hissi yaratmaq və yaradıcılığını artırmaq üçün narkotikin bu növündən yararlanırdı. Ziqmud Freyd hətta kakain haqqında məqaləsində onun möcüzəvi dərman adlandırmışdı".
Xəzər Universitetinin rektorunun qızı Ülkər İsayeva 09.03.2015 ci il tarixdə Bakı şəhəri Səbail rayonu Azadlıq prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində iki qardaş tərəfindən döyülərək fiziki işgəncəyə məruz qalıb. Ülkər İsayevanı döyənlər onun tanışları olub. İsayevanı döyən Elçin və Zaur Məmmədov qardaşları əvvəldə tanış olublar. Onların üçlükdə fotoları sosial şəbəkələrdə yayılıb. Fotolara baxanda onların çox mehriban və səmimi olduğu diqqəti cəlb edir. Ülkər İsayevanı döyən iki qardaş əvvəlcə hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılsa da, sonradan sərbəst buraxılıblar.


Şərhlər