Menu

Rektorun qızı indi də döyüldüyünü danır- "...döyülməmişəm"- VİDEO

17.03.2015, 22:50
Rektorun qızı indi də döyüldüyünü danır- "...döyülməmişəm"- VİDEO

Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının qızı Ülkər İsayeva döyülməyi ilə bağlı yayılan məlumatlara yenidən münasibət bildirib. Ülkər bu barədə şəxsi facebook səhifəsində açıqlama verib: “Əziz dostlarım və "dostlarım", hörmətli adekvat ve qeyri-adekvat pressa işçiləri, heç nədən xəbəri olmayaraq, pressada verilən informasiyanın nə dərəcə düzgün olub-olmadığını bilməyərək ağzını qara açan millətə üz tutub demək istəyirəm ki, həmin videonun mənə və mənim ailəmə heç bir aidiyyati yoxdur, mən heç kəs tərəfindən döyülməmişəm. Mənə dəstəyini göstərən bütün tanıdığım və tanımadığım insanlara dərin təşəkkürlərimi bildirmək istəyirəm. Yaxşı ki, varsınız!”.

Məsələyə müdaxilə edən müğənni Nigar Camalın da əsl "səviyyə" nümayiş etdiribb. O, bu məsələni müzakirə edənləri və medianı təhqir edib, Ülkər İsayevaya dəstək olduğunu bildirib. Hər halda Nigar Camaldan başqa münasibət gözləmək də mümkün deyil...

Şərhçilərdən biri- Elvin Əliyev isə qeyd edib ki, guya Ülkər İsayeva klip çəkirmiş :“Bu video bizim şirkətimizin marketoloqları tərəfindən hazırlanmış ssennari üzrə çəkilməli idi. Əslində videoda gördüyünüz məşq prosesi idi. Kimsə bu layihədən xəbər tutub və icazəsiz çəkiliş edib. Videoda iştirak edəcək aktyorlar və rejissor həmin videoda iştirak edirlər. Bu layihə cəmiyyətdə "Qadın zorakılığına qarşı" hazırlanıb. Bu yaxınlarda hamıya KİV vasitəsilə təqdim ediləcəkdir”.

Qeyd edək ki, hadisə barədə Ülkər İsayevanın Elin və Zaur Məmmədov qardaşları tərəfindən döyüldüyü kameraya qeyd edilib. Bu məlumatı Baş Prokurorluq da təsdiqləyib. Prokurorluq Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlının qızı Ülkər İsayevanın döyülməsində təqsirləndirilən şəxslərlə bağlı apellyasiya protesti verib.

Bunu APA-ya açıqlamasında Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib. O bildirib ki, apellyasiya protesti Bakı şəhər Prokurorluğu tərəfindən Xətai rayon Məhkəməsinin çıxardığı qərara qarşı verilib və həmin protestə bu gün saat 17:00-da Bakı Apellyasiya Məhkəməsində baxılıb.

Xətai Rayon Məhkəməsinin hakimi Raziyə Ataşova isə H. İsaxanlının qızını döydüklərinə görə saxlanılan Zaur və Elin Məmmədov qardaşlarını azadlığa buraxıb. Hakimin bu qərarından prokurorluq protest verib. Bu gün həmin protest üzrə məhkəmə iclası keçirilib və növbəti iclas sabaha təyin edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol