İsraildə keçirilən parlament seçkisində verilən səslərin təxminən 75%-inin sayılması tamamlanıb.
İsrail Mərkəzi Seçki Komitəsinin verdiyi məlumata görə, verilən 4 milyon 223 min səsin 75,51%-ni təşkil edən 3 milyon 188 min 884-ünün sayılması tamamlanıb. Səslərin 3 milyon 155 min 763-ü etibarlı sayılıb.
İlkin nəticəyə görə, səslərin 24,12%-ini Baş Nazir Binyamin Netanyahunun lideri olduğu partiya Likud toplayıb.
75,51%-i sayılan səslərin bölgüsü belədir:
"Likud: 24,12%, Sionist Birlik: 19,36%, Yeş Atid: 9,01%, Birləşmiş Ərəb Siyahısı: 8,67%, Kilanu: 7,60%, HaBayit HaYehudi: 6,39%, Şas: 5,92%, Yisrael Beitenu: 5,35%, Birləşmiş Tora Yəhudiliyi: 5,06%, Meretz: 4,02%".

Şərhlər