PUTİNİN GİZLƏN-QAÇ OYUNU – 3 ehtimal

"Ola bilərmi ki, Putinin rəqibləri öz istəklərini həqiqət kimi qələmə verirlər?"

Putinin yoxa çıxması ilə bağlı hadisə və onun nəticəsində də yaranan dramatik şaiyələr kifayət qədər qəribə görünür. Əvvəllər də Putinin birdən–birə ictimai məkandan gözdən itməsi, həmçinin onun Britaniyaya, Hollandiyaya, İsveçrəyə və ya da başqa yerlərə gizli səfərlər etməsi halları olub. Lakin bunların heç biri indiki kimi bu cür şaiyələr və versiyalarla müşahidə olunmamışdı. Həm də ki, bu şaiyələrin amplitudasının genişliyi – yüngül qrip, ölüm qabağı koma, Putinin nigahdan kənar uşağının doğulması və dövlət çevrilişinin baş verməsi söhbətlərinə qədər gedib çıxır.

Qripə yoluxma və yeni körpənin dünyaya gəlməsini anlamaq mümkündür, lakin digər versiyalar elmi fantastikanı xatırladaraq, belə bir məntiqli sual yaradır: Bəs görəsən bu karusel nəyə görə bu cür sürətlə fırladılırdı? Məsələ ilə əlaqədar olaraq üç versiya irəli sürmək olar:

1.) Putin həqiqətən taym-aut götürüb. Elə məhz bunun nəticəsində də həmin hadisə ictimaiyyətin diqqətini yüksək səviyyədə cəlb edib. Rusiya prezidentinin düşünmək üçün təkliyə çəkilməsinin əsaslı səbəbləri var. Beləki, tanınmış müxalifət lideri Boris Nemtsov Kreml divarları yaxınlığında qətlə yetirilib. Sonradan məlum olur ki, qətlin icraçıları bu yaxınlarda Putindən orden alan Ramzan Kadırovun “Rusiyanın əsl vətənpərvərləri” adlandırdığı çeçen qvardiyaçılarıdır. Əlbəttə ki, Putinin qarşısında çətin sual dayanır. O ya bu yolda Kadırovun adamlarını “xərcləməli” (bu müəyyən mənada birbaşa Kadırovun özünə də aiddir) və yaxud da FSB və Daxili İşlər Nazirliyinin fəaliyyətini təftiş etməlidir. Göründüyü kimi variantların hər ikisi heç də xoşagələn deyil. Deməli diqqətlə düşünmək lazımdır.

2.) Putinin xarakterindən irəli gələn operativ intriqa oyunlarına meylini nəzərə alıb, onun müəyyən təxribatlar qurmaq istəyini də hesaba qatmaq lazımdır. Yoxa çıxaraq, müxtəlif səpgili dezinformasiyalar buraxmaqla, qeyri-standart vəziyyətlə bağlı ölkə daxilindəki və xaricindəki reaksiyanı yoxlamaq da ön planda dayana bilər. Əlbəttə ki, bəlkə də Putin üçün ən maraqlısı onun tabeçiliyində olanların, düşmənlərinin, dünya ictimaiyyətinin və nəhayət isə doğma xalqının davranış xüsusiyyətlərinin necəliyi olub.

3.) Heç bir hiyləgər düşüncə olmayıb və bütün şaiyələr isə daxildəki-xaricdəki oponentlər tərəfindən yayılıb və Vladimiri dərin fikirlərə qərq olan zaman və ya da ki, qətiyyətsizlik nümayiş etdirmə anında yaxalamaq istəyiblər. Bəs bu onların nəyinə gərək idi? Ola bilərmi ki, Putinin rəqibləri öz istəklərini həqiqət kimi qələmə verirlər? Onların bu motivləri heç də ağıllı görünmür.

Ümumiyyətlə isə, Vladimir Vladimiroviçlə darıxmazsan! Putinin bəzi dairələrdə (Qərb radikalları arasında) Avropa və Amerika bürokratlarına nisbətən populyar olmasının səbəbi onun qeyri-adi davranışları ilə bağlıdır. Ancaq öz işi ilə məşğul olan və ölkə iqtisadiyyatının yaxşı vəziyyətdə qalması üçün çalışan vicdanlı məmurun üstün tutulması əvəzinə, hansısa ələkeçməz kovboyun alqışlanması kimlər üçünsə bəlkə də asandır.

(Delfi.ee)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar