Menu

“Digər vicdan məhbusları da tezliklə azad edilməlidir” - Novella Cəfəroğlu

18.03.2015, 22:40
“Digər vicdan məhbusları da tezliklə azad edilməlidir” - Novella Cəfəroğlu

Hüquq müdafiəçisi, İşçi Qrupun üzvü Novella Cəfəroğlu prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı il bağlı danışıb. O, müsavat.coma açıqlamasında dedi ki, ümumilikdə 101 nəfərin əfv olunmasına çox sevinir: “Hər bir halda 101 nəfər əfv olunub, cəzadan azad edilib. Həmçinin, bizim daim diqqətimizdə olan bir məhkum xanım - ədalətli mühakimə olunmadan həbs edilmiş, 4 uşaq anası Şəhla Muxtarovanın, ilahiyyətçilərin, Bəşir Süleymanlının, Orxanın azad edilməsi də bizi sevindirir. Ancaq çox istətdik ki, cənab prezident bizim təqdim etdiyimiz siyahıda adları olan siyasi və vicdan məhbuslarının hamısı azad etsin. Biz xahiş etmişik ki, Tofiq Yaqublu, İlqar Məmmədov, Yadigar Sadıqov, Pərviz Həşimli, Əli İnsanov, Akif Muradverdiyev, Hilal Məmmədov və digərləri də azad edilsinlər. Bütün bu şəxslərin də tezliklə azadlığa buraxılması lazımdır. Bunun üçün ya amnistiya verilməlidir, ya da yaxın vaxtlarda növbəti əfv fərmanı imzalanmalıdır. Bu məsələ mütləq həllini tapmalıdır”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol