Menu

Putin əsgər sayını 2 dəfə artırdı

19.03.2015, 23:12
Putin əsgər sayını 2 dəfə artırdı

Baş Qərargah rəisi Valeri Gerasimov bu barədə açıqlama verib

Rusiya keçirdiyi hərbi təlimlərə cəlb olunan şəxsi heyətı və aviasiya texnikasının sayını artırıb.ANS PRESS-in məlumatına görə, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi Valeri Gerasimov verdiyi açıqlamada bildirib ki, təlimlərdə şəxsi heyətin sayı 80 min nəfərə, aviasiya texnikasının sayı isə 220-ə çatdırılıb.Martın 16-dan başlayan və 5 gün davam edəcək təlimlərin məqsədi Rusiya silahlı qüvvələrin döyüş hazırlığını yüksəltmək və ordunun döyüş qabiliyyətinin yoxlanılmasıdır.

Qərb ölkələrinin tətbiq etdiyi sanksiyalar fonunda son aylar Rusiyanın tez-tez hərbi təlimlər keçirməsi Kremlin ABŞ başda olmaqla Avropa ölkələrinə əzələ nümayişi kimi qiymətləndirilir.

Həmçinin neftin ucuzlaşmasından sonra böhrana düşən Rusiyanın hərbi xərcləri azaltmaq əvəzinə daha da artırması da rəsmi Moskvanın aqressiv siyasəti davam etdrməkdə israrlı olduğunu göstərir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol